27 May 20:19
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda hakimiyyətə qarşı etiraz aksiyaları keçirənlər Azərbaycanla sülhə qarşıdır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Revanşist hərəkata rəhbərlik edən keşiş Baqrat Qalstanyan özünü baş nazirliyə namizəd elan edib. Guya İrəvanda “itaətsizlik aksiyası” keçirir. Baş nazir Nikol Paşinyanla görüşüb istefasını tələb etmək niyyətindədir. Nikol görüşsə, etirazlara siyasi yük verəcək və Baqratın mövqeyini gücləndirəcək. Baqrat da ona görə Paşinyanla görüşə cəhd edir ki, aksiyalara daha çox diqqət çəksin və hakimiyyətin onunla hesablaşdığını göstərsin. Paşinyan keşişin bu hiyləsindən xəbərsiz deyil. Ona görə də keşişlə görüşüb, ona siyasi xal qazandırmayacaq”, - ekspert bildirib.

Məhəmməd Əsədullazadə hesab edir ki, keşiş Paşinyanla görüşün onun istefasını tələb etmək məqsədi güdür:

“Nikol 2018-ci ildə Serj Sərkisyanla ilk görüşündə ondan istefasını tələb etmişdi. İndi Baqrat Paşinyanın bu ssenarisini ona qarşı səhnələşdirmək istəyir. Prosesin içində, daha doğrusu başında həmin Sərkisyanla yanaşı, Robert Köçəryan da var.

Cəmiyyətdən geniş dəstək ala bilməyən kilsə və “Qarabağ klanı”na Qərbdən də dəstək yoxdur. Rusiyanın verdiyi dəstək isə onlara kifayət eləmir. Çünki Rusiyanın Ermənistandakı nüfuz və mövqeyi kifayət qədər zəifləyib. Hazırda Qərb Paşinyanı dəstəkləyir, o da addım-addım etirazları yatıracaq. Ümumiyyətlə, Ermənistandakı etiraz aksiyalarının revanşistlərin istədikləri kimi bitməsi sülhə mane ola bilər. Elə revanşistlərin əsas şürlarından biri də, Azərbaycanla danışıqların dayandırılması ilə bağlıdır. Revanşistlər hələ də ölkəmizə qarşı ərazi iddialarından vaz keçməyiblər. Amma bu, Ermənistana yaxşı heç nə gətirməyəcək. Bunu Paşinyan və Qərb də başa düşür, odur ki, keçidə imkan verilməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər