Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər tarixi axçıqlanıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə lideri iyulun 6-da Şuşaya səfər edəcək.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 10-da Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Təkbətək görüş zamanı Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olunub. Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirib.