27 İyun 11:45
2 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərhədin delimitasiya və demarkasiyanın hansı əsasda aparılacağına yaxın günlərdə aydınlıq gələcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Ermənistan və Azərbaycanın sərhədin delimitasiyası və təhlükəsizliyi məsələləri komissiyalarının birgə fəaliyyətinin əsasnaməsi layihəsinin təsdiqlənməsinə sayılı günlər qalıb. Razılaşmaya əsasən, bu, iyulun 1-də imzalanmalıdır, bu da delimitasiya və demarkasiyanın hansı əsasda aparılacağı və haradan başlayacağı prinsiplərini müəyyən edəcək”, - nəşr yazır.

Mənbə iddia edir ki, Azərbaycan Tavuşdan sonra sərhədin delimitasiyası prosesinin Zəngəzur və Göyçə istiqamətlərində davam etdirilməsini istəyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər