12 İyul 11:17
14 935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərblilərin Avropa Birliyi (AB) missiyası vasitəsilə Rusiya obyektləri, eləcə də Ermənistanla qonşu olan bütün dövlətlər barədə kəşfiyyat məlumatları topladığını düşünməyə əsaslar var.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Dəfələrlə bildirmişik ki, AB-nin Ermənistandakı missiyasının fəaliyyətinə münasibətimiz mənfidir”, - rusiyalı diplomat qeyd edib.

Qaluzinin fikrincə, AB Cənubi Qafqaz dövlətlərinin, Türkiyə, Rusiya və İranın ənənəvi tərəfdaşları və qonşularının maraqlarına zərər vurmaq üçün regiona girməyə çalışır:

“AB müşahidəçilərinin işindən nəzərəçarpacaq nəticə görmürük, Ermənistan-Azərbaycan sərhədində vaxtaşırı gərginliyin qarşısını ala bilməyiblər. Hesabatlarını birbaşa Brüsselə göndərirlər, hətta Ermənistan tərəfi ilə də bölüşmürlər. Qərblilərin Rusiya obyektləri, eləcə də Ermənistana qonşu bütün dövlətlər haqqında kəşfiyyat məlumatları topladığını deməyə əsaslar var”.

Onun sözlərinə görə, Rusiya AB-nin Azərbaycanla sərhəddəki missiyasının Ermənistanın icazəsi ilə daimi ola biləcəyindən narahatdır: “Bizi həm də narahat o edirik ki, İrəvanın təsdiqi ilə missiya nəinki genişlənir, əksinə müvəqqətidən daimiliyə keçmək təhlükəsi yaradır”.

Qaluzin qeyd edib ki, Kanadanın AB missiyasına qatılması de-fakto NATO-nun Cənubi Qafqaza sürətlə nüfuz etməsi anlamına gəlir:

“Apreldə Kanada nümayəndələri missiyaya qoşuldular. Bu da faktiki olaraq, NATO-nun Cənubi Qafqaza sürətlə nüfuz etməsi deməkdir”.

O qeyd edib ki, Rusiya İrəvan və digər regional tərəfdaşlarla söhbətlərində AB missiyası mövzusunu həmişə qaldırır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər