20 İyul 20:02
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir və biz bu hədəfə doğru irəliləyirik”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.

“2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qaz nəql edirdik. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz nəql ediləcək. Ümumi həcm isə 21 milyard kubmetr olacaq. 2027-ci il haqqında danışırıqsa, biz Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıyıq. Bu resurslar Avropaya mövcud nəqliyyat şəbəkəsi - Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılacaq”, - deyə dövlətimizin başçısı əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər