25 İyul 14:44
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri barədə danışıb. O, müsahibəsində bildirib ki, Şuşadan deputat olmaq böyük şərəfdir. Buna baxmayaraq, o, namizəd olduğu haqda heç bir söz deməmişdi və bunun arzu olduğu ehtimal edilirdi.

Teleqraf.com xəbər verir ki, Modern.az Polad Bülbüloğlunun artıq namizədliyini irəli sürdüyünü yazıb.

Belə ki, 124 saylı Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyasından məlumat təsdiq olunub. Bildirilib ki, P.Bülbüloğlu artıq müvafiq sənədləri sözügedən Dairə Seçki Komissiyasına təqdim edib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 124 saylı seçki dairəsindən namizədi Leyla Babışovadır. O, YAP Şuşa rayon təşkilatının sədr müavinidir. Adıçəkilən seçki dairəsindən həmçinin Azad Vətən Partiyasının (AZAD VƏTƏN) sədri Akif Nağının da namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Polad Bülbüloğlu 1945-ci ildə anadan olub. O, 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. Diplomat 1995-ci ildə 45 saylı Şuşa–Cəbrayıl –Xocavənd seçki dairəsindən deputat seçilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər