27 İyul 12:06
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistana Azərbaycan tərəfindən son xəbərdalıq edildi. Kəlbəcər və Tovuz təxribatları fonunda Bakı sərt cavab tədbirləri görəcəyini bəyan etdi. Heç bir təxribatı boşuna buraxmaq olmaz.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Azərbaycan bu addımları atmalıdır:

“İrəvan bilməlidir ki, hər dəfə atılan addımın ikiqat cavabı verilir. Ermənistanda da bunu artıq tam qəti şəkildə anlayandan sonra sülhdən başqa ritorikadan istifadə etməyəcəklər. Hər hansı təxribat xarakterli addımlar Azərbaycanın əsəblərini gərir. Eyni zamanda cavabı mütləq anında verilir. Bunu Ermənistan dərk edəndən sonra növbəti prosesdə sülh yolu istiqamətində düşünücəklər. Çünki bu yolun perspektivli olduğunu 44 günlük Vətən müharibəsində görüblər. Bunu təkrarlamağa və eyni səhvi bundan sonra davam etdirməyə Ermənistanın gücü çatmayacaq. Bu, İrəvanın özü üçün böyük təhlükədir. Onlar bu cavabdan sonra daha çox sülh ritorikasını istifadə edəcəklər”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər