ABŞ Zəngəzurda İrana qarşı yeni kəşfiyyat mərkəzi yaradır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“ABŞ Ermənistana hərbi yük təyyarələri ilə kəşfiyyat sistemləri və zirehli texnikalar daşıyır. Gətirilən silahlar, kəşfiyyat avadanlıqları hərbi-kəşfiyyat mərkəzin yaradılmasına hesablanıb. Zəngəzurda yerləşdirilən mərkəz “Ermənistan hərbi hissəsi” kimi qələmə veriləcək. Hesab edirəm ki, mərkəz bölgədə İrana qarşı kəşfiyyat məqsədləri üçün istifadə ediləcək”, - ekspert bildirib.
Məhəmməd Əsədullazadə Amerikanın bölgədə artan fəallığını həm də Zəngəzur dəhlizi ilə əlaqələndirib:
“ABŞ, Zəngəzur dəhlizinin açılması üzərində çalışır. Bu yöndə Türkiyə, Azərbaycan və Ermənistanla fəal işləyir. ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayen ötən günlərdə Zəngəzur dəhlizinin açılmasının Vaşinqton üçün strateji əhəmiyyət daşıdığını söyləyib.
ABŞ Zəngəzurda İrana qarşı hərbi-kəfiyyat mərkəzi açmağa paralel olaraq, dəhlizə də nəzarət etməyi planlaşdırır.
Amerika Ermənistandan Rusiya və İrana qarşı plasdarm kimi istifadə edir. Ermənistan əvvəllər bu rolu Azərbaycana qarşı oynayırdısa, indi də İran və Rusiyaya qarşı”.