3 Sentyabr 11:12
5 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın qərb rayonları ilə Naxçıvanı Zəngəzur üzərindən birləşdirəcək dəhlizə nəzarətin özəl şirkətə verilməsi məsələsinin Bakı ilə müzakirə olunması barədə yayılan məlumata reaksiya verib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin xarici siyasət qurumundan “Sputnik Ermənistan”a bildirilib.

“Ermənistan Respublikası suverenliyə və milli yurisdiksiyaya hörmət, bərabərlik və qarşılıqlılıq prinsiplər əsasında regional kommunikasiyaların blokadadan çıxarılması prosesində konstruktiv şəkildə iştirak edir”, - mənbənin sorğusuna cavab olaraq XİN-dən deyilib.

Nazirlik ümumi yanaşma ilə konkret cavabdan yayınıb.

Erməni politoloq Sergey Melkonyanın iddiasına görə, iki ölkənin xarici işlər nazirləri səviyyəsində keçirilən son görüşdə Ermənistan və Azərbaycan kommunikasiyalara nəzarətin beynəlxalq özəl mühafizə şirkətinə verilməsi imkanını müzakirə edib.

Avqustun 31-də Ermənistan baş naziri Nikol Paşinyan söyləmişdi ki, ölkəsi ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını pozmadan və şübhə altına almadan Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən yollar verməyə hazırdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər