Gürcüstan ombudsmanı Levan İoseliani Azərbaycan səfirliyini ziyarət edib.
Teleqraf.com xəbər verir ki, o, AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib.
L.İoselaini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevə faciədən kədərləndiyini bildirib, başsağlığı kitabında qeyd yazıb.
Bu gün başsağlığı üçün səfirliyi ziyarət edənlər arasında Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili və ədliyyə naziri Anri Oxanaşvili də olub.