Azərbaycan, Qazaxıstan və Rusiya XİN-ləri təyyarə qəzasının versiyalarına dair heç bir danışıq aparmayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Rusiya XİN mərkəzi aparatının bəzi yüksək vəzifəli şəxslərinin qonşu ölkələrlə apardığı danışıqlara dair saxta məlumatlar yayılır.
Bunun siyasi bir sifariş olduğu və həqiqəti əks etdirmədiyi vurğulanıb.
Xatırladaq ki, daha əvvəl təyyarə qəzası ilə bağlı açıqlama verən Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəhbəri Dmitri Yadrov hadisə zamanı Qroznı hava limanı ərazisində hava hücumları səbəbindən vəziyyətin çox ağır olduğunu etiraf edib.