ATƏT-in Parlament Assambleyasının sədri Pia Kauma dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, sədr bu barədə "X" hesabında paylaşım edib.
“Azərbaycan Hava Yolları” QSC-nin 8243 saylı reysinin 38 nəfərin ölümü, 29 nəfərin yaralanması ilə nəticələnən faciəvi qəzası məni dərindən kədərləndirdi. ATƏT PA adından həlak olanların ailələrinə və PA-dakı Azərbaycan nümayəndə heyətinə dərin hüznlə başsağlığı verirəm", - deyə Pia Kauma qeyd edib.
Xatırladaq ki, AZAL-a məxsus təyyarə 2 gün əvvəl Qazaxıstanın Aktau şəhəri yaxınlığına qəzaya uğrayıb.
3-ü ekipaj üzvü olmaqla, 38 nəfər qəza zamanı həlak olub.