AZAL-ın sərnişin təyyarəsi kənar müdaxilə səbəbindən qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "CNN","BBC" və "Reuters" kimi məşhur xəbər agentlikləri ilkin araşdırmanın nəticələrinə istinadla məlumat yayıblar.
Qeyd olunub ki, təyyarə havada olarkən fiziki və texniki baxımdan xarici müdaxiləyə məruz qalıb.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb.
Hadisə nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.
Təyyarə qəzası ilə bağlı açıqlama verən Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəhbəri Dmitri Yadrov hadisə zamanı Qroznıda vəziyyətin mürəkkəb olduğunu etiraf edib.