Rusiya Federasiyası Qazaxıstanda qəzaya uğrayan təyyarənin təhqiqatına yardım etməyə hazır olduğunu dərhal bəyan edib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəhbəri Dmitri Yadrov deyib.
Onun sözlərinə görə, təyyarə qəzasının baş verdiyi ərəfədə Qroznı ətrafında vəziyyət mürəkkəb olub.
Yadrov həmin vaxt Rusiyanın artıq "Kovyor" planının həyata keçirməyə başladığını bildirib.
Bu səbəbdən təyyarə Qroznıya planlaşdırıldığı kimi enə bilməyib.