27 Dekabr 18:23
252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Qroznı reysini yerinə yetirən Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması səbəbi ilə dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkə ərazisində matəm elan edilib. Bununla əlaqədar Azərbaycanın İsraildəki səfirliyi tərəfindən verilən müvafiq təlimatlara uyğun olaraq səfirlikdə dövlət bayrağı dirəyin yarısına qədər endirilib, başsağlığı kitabı açılıb.

Bu barədə Teleqraf.com-a səfirlikdən məlumat verilib.

Qeyd edilib ki, bir sıra ölkələrin səfirləri və diplomatları başsağlığı vermək üçün səfirliyə gəlib, həmçinin 60-dan çox diplomatik nümayəndəlikdən başsağlığı məktubları daxil olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər