Bu gün Daxili İşlər naziri, polis general-polkovniki Ramil Usubov Bakının Binəqədi rayonunda yanğın zamanı xəsarət alan şəxslərə xəstəxanada baş çəkib.
Report-un məlumatına görə, nazir xəsarət alan şəxslərə can sağlığı arzulayıb və onların müalicəsi üçün dövlətin lazımi qayğı göstərəcəyini bildirib.
Xatırladaq ki, mayın 19-u Bakının Binəqədi rayonunun Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Hadisə nəticəsində 15 nəfər dünyasını dəyişib, 50 nəfərə yaxını isə yaralanıb və ya zəhərlənib.