14 İyul 2015 13:53
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azad Azərbaycan” Televiziyasının (ATV) “Xəbərlər” Departamentinin sabiq rəhbəri Məqsəd Nur Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Xəbərlər” informasiya studiyasının baş direktoru təyin olunub.

Bu barədə Publika.az-a məlumat verən AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova bildirib ki, Məqsəd Nur dünən kollektivə təqdim olunub və bugündən vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, “Azad Azərbaycan” Televiziyasının (ATV) “Xəbərlər” Departamentinin rəhbəri Məqsəd Nur bir neçə gün əvvəl işdən çıxarılıb.


Müəllif:

Oxşar xəbərlər