14 İyul 2015 16:53
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Samir Axundova məxsus yüklər gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda zərgərlik məmulatlarının təsvirləri görünüb.

Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan yüklərə - çanta və sellofan paketin içərisindəki mallara təkrar baxış keçirilib. Nəticədə Samir Axundova məxsus çantanın və sellofan paketin içərisindən ümumi çəkisi 742,59 qram olan və 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatları aşkar edilib.

Faktla bağlı təhqiqat aparılır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər