15 Oktyabr 2015 16:49
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xədicə İsmayılın vəsatətləri təmin edilmədi

Bu gün Bakı Apelyasiya Məhkəməsində sevgilisi Tural Mustafayevi intihar həddinə çatdırmaqda, mənimsəmədə, vergidən yayınmaqda və digər cinayətlərdə ittiham olunan “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə Xədicə İsmayılın anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Xədicə İsmayılın vəkili Fəxrəddin Mehdiyev müdafiə etdiyi şəxsin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və məhkəmənin qismən istintaqla aparılması ilə bağlı vəsatətlər verib. Məhkəmə vəsatətləri əsassız hesab edib.

Məhkəmənin baxış iclası oktyabrın 29-na təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xədicə İsmayılın ittiham olunduğu Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə ittiham sübuta yetirilməyib və həmin maddə üzrə ona bəraət verilib.

Xədicə İsmayıl ittiham olunduğu Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2, 179.3.2-ci maddələri üzrə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O 3 il müddətinə isə vəzifə tutmaq hüququndan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər