15 Dekabr 2015 23:51
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur opera müğənnisi Monserat Kabalye fırıldaqçılığa görə 6 aylıq həbs olunub.

Teleqraf.com xəbər verir ki, Barselona şəhər məhkəməsinin qərarına görə, 82 yaşlı müğənni 255 min avro cərimələnib.

Səhhətilə əlaqədar məhkəməyə gələ bilməyən Kabalye video ifadəsində günahını etiraf edib.

2014-cü ilin aprel ayında Barselona Prokurorluğu Kabalyeni 500 min avro miqdarında vergidən yayınmaqda ittiham edib.

Qeyd edək ki, Monserrat Kabalye dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində səfər edib. Bununla bağlı onun adı Azərbaycan Xarici İşlər Nazirliyinin `qara siyahı`sına salınıb.


Müəllif: