18 Dekabr 2015 12:53
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Musa Mirzəliyev və Həmid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Musa Mirzəliyev 9 il, Həmid Əliyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs Narkotiklə Baş İdarənin əməkdaşları tərəfindən saxlanıb. Baxış zamanı onların üzərindən külli miqdarda narkotik maddə aşkarlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər