18 Dekabr 2015 17:12
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Neft Şirkəti (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrup tərəfindən aparılmış növbəti monitorinqin nəticələri haqqında məlumat yayıb.

Məlumatda bildirlir ki, monitorinqlər havadan helikopterlər, dənizdən gəmilər vasitəsilə bütün gün ərzində davam etdirilib: “Müşahidələr və analizlər göstərir ki, qəza rayonunda neft dağıntısı yoxdur. Yanan neft quyularının söndürülməsi dənizə neft dağılmaları təhlükəsinin aradan qaldırılmasında əhəmiyyətli rol oynayıb. Ekoloji vəziyyətə daimi nəzarəti təmin etmək üçün ərazidə olan ixtisaslaşdırılmış “Məmməd Süleymanov” gəmisindən alınan məlumatlar da hava və dəniz müşahidələrinin nəticələrini təsdiqləyib. İşçi qrup bir daha qətiyyətlə bildirir ki, indiyə qədər “Günəşli” yatağı və “Neft daşları” ərazilərində, eləcə də onların ətrafında neft sızıntılarına dəlalət edən ləkələr qeydə alınmayıb. Mümkün neft dağılmalarına qarşı dəniz səthinə düzülmüş xüsusi bonlar dağıla biləcək neftin gəmilərə doldurulması və utilizasiya üçün xüsusi məntəqələrə çatdırılması məqsədi daşıyır”.

Məlumatda deyilir ki, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrupun tərkibində fəaliyyət göstərən Fövqəladə hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssiləri monitorinqləri davam etdirilər. Eyni zamanda “Azərkosmos” ASC, Kanadanın MDA şirkətinə məxsus “Radarsat-2” peykinin Xəzər dənizində apardığı radar tipli peyk çəkilişlərinin təsvirləri gündəlik olaraq işçi qrupa təqdim olunur.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər