23 Fevral 2016 11:35
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Komissiyanın yeni tərkibi təsdiq edilib.

Yeni üzvlərdən hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirib ki, onun Əfv Komissiyasına salınması Prezidentin etimadının təzahürüdür və bu komissiyanın üzvü olduğu müddətdə çalışacaq ki, ona göstərilən etimadı doğrultsun. Ə.Nuriyev Novruz bayramı ərəfəsində əfv sərəncamının olub-olmayacağı mövzusunda konkret bir fikir işlətməyib. Qeyd edib ki, əfv Prezidentin müstəsna səlahiyyətlərinə aiddir. Bununla belə o, hər il Novruz Bayramında əfv sərəncamlarının olduğunu xatırladıb və bunun Prezident tərəfindən humanist bir addım olduğunu nəzərə çatdırıb.

Hüquq müdafiəçisi Sahib Məmmədov da əfv mövzusunda danışıb. Bildirib ki, yeni əfv sərəncamının olacağı ilə bağlı heç nə deyə bilməz: "Bu barədə İşçi Qrupunun üzvlərindən heç birinin açıqlaması da olmayıb. İmzalanan əfv sərəncamından sonra İşçi Qrupunun toplantısı keçirilməyib. Odur ki, mən növbəti əfv sərəncamının olacağı haqda tamamilə məlumatsızam. İşçi Qurupunun son iclasından sonra əvf sərəncamı oldu. Bizim verdiyimiz siyahıda bir neçə mülki adlar var idi və onlar əfvə düşdülər. Novruzda əfv ola da bilər, olmaya da. Bu, müstəsna səlahiyyət məsələsidir. Bizdə praktikada belə hallar olub ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamı verilib".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da əfv barədə məlumatlı olmadığını deyib. Əlavə edib ki, onlar əfvin olmasını, məhbusların azad edilməsini hər zaman alqışlayıblar: "Əfv insanların cəzalardan azad edilməsi, öz ailələrinin yanına qayıtması deməkdir. Mən hüquq müdafiəçisi olaraq belə əfvləri dəstəkləyirəm. Ancaq qarşıdan gələn bayramda əfvin olub-olmayacağı haqda bir söz deyə bilmərəm. İşçi Qrupunun toplantısı da keçirilməyib".

İşçi Qrupunun üzvü Prezidentin Əfv Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında qərarını da şərh edib: "Çox müsbət haldır ki, bu dəfə tərkibə yeni şəxslər salınıb. Xüsusilə, hüquq müdafiəçiləri və QHT təmsilçiləri. Əliməmməd Nuriyev həm də İşçi Qrupunda təmsil olunur. Yəni bizim fikirlərimizi Əfv Komissiyasında qaldıracaq. Bu, çox müsbət haldır".

Nemət


Müəllif:

Oxşar xəbərlər