8 Aprel 2016 14:09
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə strateji tərəfdaşdırlar.

Teleqraf.com-un məlumatına görə, bunu Rusiya Baş naziri Dmitri Medvedev Bakıda Azərbaycan Prezidenti ilə geniş tərkibli görüşdə deyib.

Baş nazi bildirib: "Allaha şükür, münasibətlərimizin palitrası, əlaqələrimiz yalnız problemlərdən keçmir, münasibətlərimizin böyük təbəqəsi var və burada bizim çox irəli getmiş əməkdaşlığımız, strateji təərfdaşlığımız var, eləcə də iki ölkə iqtisadiyyatının daha sinxron işləyərək yaxşı effektə çatması üçün əlavə səylər göstərmək imkanı mövcuddur".

Rusiyalı Baş nazir qeyd edib ki, ötən il iki ölkə arasında mal dövriyyəsinin həcmi azalıb. Lakin onun sözlərinə görə, bu, ölkələrin bir-birinə tədarük etdiyi malların qiymətlərindəki dəyişikliklə bağlı olub: "Bununla belə, bir sıra layihələri canlandırmaq mümkündür".

D.Medvedev Azərbaycan Prezidenti İlham Əliyevə bu məsələni, eləcə də humanitar məsələləri müzakirə etməyi təklif edib.


Müəllif:

Oxşar xəbərlər