Türkiyənin NTV telekanalı Azərbaycan Ordusunun aprelin 1-5-də erməni tapdağından azad etdiyi ərazilərdən reportaj hazırlayıb. Tanınmış telejurnalist Ahmet Yeşiltepe bununla dünya televiziyaları arasında ilk dəfə olaraq işğaldan azad edilmiş Qarabağ torpaqlarında olub.
Publika.az-ın xəbərinə görə, telejurnalist reportajla bağlı qatıldığı proqramda bir çox maraqlı məqamlara toxunaraq, Ermənistanın işğalçılıq siyasətini və arxasında duran qüvvələri ifşa edib.
Telejurnalistin Cəbrayılın girişində dayanaraq “24 ildir buradan Cəbrayıla gedən yox” sözləri sözün həqiqi mənasında insanın tüklərini biz-biz edir, başqa sözlə qanını dondurur.