4 May 2016 13:20
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhid olan Silahlı Qüvvələrin əsgəri dəfn edilir.

ANS PRESS-in məlumatına görə, qoşunların təmas xəttində qarşı tərəflə atışmada əsgər Yüzbəyov Əmrah Aydın oğlu mayın 3-də şəhid olmuşdu.

19 yaşlı Yüzbəyov Əmrah ötən il aprel ayında Xaçmaz rayonundan hərbi xidmətə çağrılmışdı. Xaçmaz Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlunun nəşi bu gün səhər saatlarında rayona gətirilib.

Şəhid Xaçmaz rayon Hacıməmmədoba kənd qəbirstanlığında dəfn olunur.

Şəhidin nəşi ata evindən qəbristanlığa kimi olan 1 km məsafəni döyüş yoldaşlarının çiynində onlarla insanın müşayiəti ilə aparılıb.

Şəhid olan Y.Əmrah ailənin ikinci övladı olub. O, aprel döyüşləri başlayanda Facebook səhifəsində - "şəhid olmaq hamıya qismət olmur" statusunu paylaşıb.


Müəllif: