6 Yanvar 2016 15:24
1 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Barak Obama Azərbaycanın dövlət başçısı İlham Əliyevi Vaşinqtona dəvət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün tvitter səhifəsində yazıb.

N.Məmmədov qeyd edib ki, ötən ilin dekabrın 3-də ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib: “Məktubda Prezident Obama Azərbaycan Prezidentini 2016-da Vaşinqtona IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib”.

Onun sözlərinə görə, Prezident Obama vurğulayıb ki, Azərbaycan qlobal nüvə təhlükəsizliyi
arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir.

B.Obama həmçinin qeyd edib: “Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərinin qadağası üçün xüsusi səylərini davam etdirəcək”.

Nərgiz


Müəllif: