25 İyul 2016 18:40
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu gənclərlə görüşüb.

Teleqraf.com xəbər verir ki, KXCP-nin qərargahında baş tutan görüş zamanı əsasən təhsil, sosial problemlər diqqət mərkəzində olub.

Bundan başqa, KXCP sədri eyni zamanda dünyada, regionda və Azərbaycanda baş verən hadisələrlə bağlı geniş çıxış edib. Mirmahmud Mirəlioğlu çıxışı zamanı təhsil, səhiyyə, sosial durum kimi məsələlərin üzərində xüsusilə dayanıb, gəncləri aktiv olmağa səsləyib.

Mirəlioğlu həmçinin Türkiyədə baş verən hadisələrə toxunub, bu istiqamətdə fikirlərini açıqlayıb. Sonda partiya sədri gənclərin suallarını cavablandırıb.

Nemət


Müəllif:

Oxşar xəbərlər