Respublikaçı Alternativ Hərəkatı (REAL) sentyabrın 26-da keçiriləcək Referendum Aktı ilə bağlı Təşviqat Qrupu yaratmaq qərarını verib.
Teleqraf.com-un xəbərinə görə, bu məqsədlə REAL funsionerləri Erkin Qədirli və Rəsul Cəfərov bu gün Mərkəzi Seçki Komissiyasına gediblər. Onlar MSK-dan Təşviqat Qrupu yaratmaq məqsədilə bildiriş forması əldə etmək istəyiblər.
Rəsul Cəfərov deyib ki, onların istəyinə müsbət cavab verilib.
Nemət