“Təəssüf ki, bəzi Avropa təsisatları daha əvvəlki effektivliklə fəaliyyət göstərmək iqtidarında deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.
Rafael Hüseynov bildirib ki, nümunəvi müştərək “Avropa Evi”nin qurulması, qanunun aliliyinin daha artıq bərqərar olması, insan hüquq və azadlıqlarının daha geniş ölçüdə təmin edilməsi səmtində Avropa təsisatlarının gördüyü işlərin təsiri və əhəmiyyəti çox böyükdür.
Onun sözlərinə görə, lakin uzaqdan görünən və yaxından, xüsusən də daxildən izlənilən Avropa təşkilatlarının fərqi var: “Bəzən kənardan ideal təsəvvür ediləni içəridən seyr edərkən çox qüsurlu olduğunu duyur, hərdən kömək umduğumuz təşkilatların özlərinin yardıma ehtiyacı olduğunu dərk edirik. Biz Avropa Şurasında islahatların zəruriyyətindən çoxdandır danışmırıqmı, bu istiqamətdə az, ya çox effektli ayrı-ayrı cəhdlər etmirikmi?
Təbii ki, belə təşəbbüslər başqa nüfuzlu beynəlxalq təşkilatlarda da edilir. Lakin təəssüf ki, səmərə heç də həmişə arzulanan kimi olmur”.
Səxavət