Macarıstan xarici işlər nazirinin müavini, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Jolt Çutora gələn həftə Bakıya səfər edəcək.
Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotskinin "Report"a verdiyi məlumata görə, səfər oktyabrın 10-11-də baş tutacaq.
Səfər zamanı J.Çutora Bakıda bir sıra görüşlər keçirəcək, eləcə də Azərbaycan-Macarıstan hökumətlərarası komissiyanın növbəti iclasında iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan tərəfdən hökumətlərarası komissiyanın həmsədri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevdir.