11 Oktyabr 2016 20:39
2 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 8-də Gürcüstanda keçirilən parlamet seçkiləri nəticəsində parlamentdə təmsil olunmaq hüququ qazanan Ruslan Hacıyev seçicilərinə müraciət edib.

Teleqraf.com xəbər verir ki, R.Hacıyev “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasından Marneulidəki 35 saylı majoritar dairədən deputatlığa namizəd olub: “Gürcüstan Parlamentinə keçirilən seçkilərdə namizədliyim partiyamız tərəfindən irəli sürüldü. Mənə olan bu etimad, inam öncə dövlətimiz tərəfindən gəldi. Namizədliyim Marneulinin kəndlərindən verildi. Seçki öncəsi görüşlərdə maksimum şəkildə çalışdıq hamınızla görüşək, sizi dinləyək, tanıyaq və özümüzü tanıdaq. Mən hər bir görüş zamanı sizə 4 ildən sonra seçicilərimin qarşısına alnı açıq çıxacağıma dair söz verdim”.

R.Hacıyev daha sonra deyib: “Seçkilərdə o dəyərli səsinizi mənə verdiyinizə, mənə inandığınıza, etibar etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Sizin hər birinizin səsiniz mənim üzərimə götürdüyüm məsuliyyət yükünün göstəricisidir. Sizin sayənizdə 56,13 faiz (11463 səs) çoxluğu ilə parlamentin üzvü statusunu qazandım. Səsim səsiniz olacaq. Sizin səsinizi ölkənin qanunverici orqanında və yüksək tribunalarda çatdıracam, problemlərin həlli istiqamətində əlimdən gələni edəcəm, dövlətimizin həyata keçirdiyi layihələrin regionumuzda da sürətli gerçəkləşməsi üçün çalışacam. Hər biriniz üçün əlçatan deputat olacağıma söz verirəm. Mən, tək mənə səs verən seçicilərimin deyil, hər bir Gürcüstan vətəndaşının deputatı olacam. Gürcüstanımızın uğuru və çiçəklənməsi üçün əlimdən gələni edəcəm”.

Səxavət


Müəllif: