20 Oktyabr 2016 23:52
1 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov vaxtı ilə onun komandasına daxil olan şəxslərdən narazılıq edib. Mütəllibov bildirib ki, keçmiş komanda üzvləri ilə artıq onun əlaqəsi yoxdur. Mütəllibov qeyd edib ki, nə Araz Əlizadə, nə də Tahir Kərimli onunla əlaqə saxlamayıb, zəng etməyib. Həmçinin əlavə edib ki, Hacı Əbdül ancaq ona salam göndərib, özü isə heç vaxt zəng etməyib. Bununla belə A. Mütəllibov deyib ki, bu şəxslərin onu unutması haqda heç vaxt düşünməyib: “Bu şeylər məni maraqlandırmır. Hərənin öz münasibəti, öz fikri var. Mən bu illər boyu çox şeylər eşitmişəm. Mənimçün önəmli deyil”.

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun iddialarına Hacı Əbdül cavab verib.

Teleqraf.com-a danışan sabiq deputat deyib ki, Ayaz Mütəllibov müəyyən qədər haqlıdır: “Mənim Ayaz Mütəllibovdan şikayətim yoxdur. Əgər dəqiq danışsaq məsələ belədir ki, Mütəllibov bir gün Bakıda, beş gün başqa yerdə olur. Onu görmək, tapmaq da olmur. Onu axtaranda tapmaq olmur. Məsələ belədir”.

Hacı Əbdül daha sonra deyib ki, əgər söhbət səmimi dostluqdan gedirsə, burada hər bir tərəf digərini axtarmalıdır: “Yəni bu ikitərəfli olmalıdır. Biz bu günə qədər Ayaz Mütəllibovu min dəfə axtarmışıq, bir dəfə də o bizi axtarsın. Məncə, indiki zamanda insanların bir-birini tapması çətin deyil. Onun da, mənim də telefonum var”.

Sabiq deputat daha sonra xatırladıb ki, Ayaz Mütəllibovla son görüşləri zamanı fərqli situasiya yaranıb: “Son görüşlərimizin birində Mütəllibov dedi ki, daha siyasətlə qurtarıb. Yəni siyasət onluq deyil. Biz də siyasət adamıyıq. Yaxınlaşanda da siyasi xətt baxımından yaxınlaşırıq. Başqa cür yaxınlaşmaq mümkün deyil”.

Müsahibimiz deyib ki, bəzən onunla Ayaz Mütəllibov arasında problemlər yaradıblar: “Belə hallar çox olub. Eləcə də, Mütəllibovun mənimlə bağlı haqsızlığı çox olub. Bunun da səbəbi özü və ya ona deyilən səhv xəbərlər olub. O vaxt biz onun Azərbaycana qaytarılması üçün imza toplayırdıq. Bu zaman Mütəllibov aləmi qatdı bir-birinə. Şeyx Əbdülü oradan çıxardı, başqasını buradan. Əslində danışılmalı çox söhbət var, intəhası danışmasaq daha yaxşıdır”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər