"Biz Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunmasına çalışırıq. Biz səylərimizi artırmaq istəyirik. İnanıram ki, gün gələcək azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar".
"Report" xəbər verir ki, bu barədə Yerevandakı mətbuat konfransında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.
Onun sözlərinə görə, region sakinlərinin sülh şəraitində yaşamaq hüququ var: "Mənim arzum - Azırbaycanda və Erməsnitanda insanların sülh və sabitlik şəraitində yaşamasıdır".
Həmsədr həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ münqaşisəinin həllində vacib məsələ insanlar arasında əlaqədir və vasitəçilər bu əlaqələri dəstəkləməyə çalışırlar".