12 Yanvar 2017 12:29
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında Strateji Araşdırmalar Mərkəzi və Polşanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Qara dəniz və Xəzər dənizi regionlarında təhlükəsizlik” mövzusunda seminar keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə mövzu ilə bağlı SAM-ın direktoru Fərhad Məmmədov, Polşanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka, Çexiyanın fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka, Polşa Xarici İşlər Nazirliyi xarici siyasət strategiyası departamentinin direktor müavini Karolina Novak, Macarıstan Xarici İşlər Nazirliyi planlaşdırma departamentinin direktoru Adam Seztay, Slovakiya Xarici İşlər Nazirliyi planlaşdırma və təhlil departamentinin direktoru İqor Qreksa, Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev və mərkəzin elmi işçisi Nurlan Əliyev çıxış ediblər.

Seminarda millət vəkilləri, müxtəlif universitet və elm mərkəzlərinin, Azərbaycanda fəaliyyət göstərən “Vişeqrad” regional əməkdaşlıq qrupuna daxil olan xarici ölkələrin səfirliklərinin nümayəndələri də iştirak ediblər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər