“Ermənistan hakimiyyəti cəbhədə təxribatlar törətməklə parlament seçkilərində uğur qazanmağa çalışır”.
Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib.
Musa Qasımlı bildirib ki, Serj Sərkisyan bununla ictimai rəyi ölkə daxilindəki problemlərdən, laxlamış rejim əleyhinə olan narazılıqlardan yayındıraraq “xarici düşmən” üzərinə yönəltmək istəyir:
“Hesab edirəm ki, Sərkisyan Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycana təzyiq göstərməyə cəhd edir. O, eyni zamanda işğal nəticəsində yaradılmış qondarma qurumu tərəf kimi tanıtmaq məqsədi də güdür. Amma o, məqsədlərinə nail ola bilməyəcək”.
Səxavət