Teleqraf.com-un life.ru-ya istinadən xəbərinə görə, görüntülər qətlin baş verdiyi binanın girişindəki müşahidə kamerasından alınıb.
Kadrlardan aydın olur ki, killer qadını izləyib və onun ardınca binaya girib. Müstəntiqlərin fikrincə, o, liftdə qadına iki güllə vuraraq hadisə yerindən qaçıb. Qatilin axtarışları davam edir.
Qeyd edək ki, vəkil Natalya Vavilina Moskvada Altufevsk şossesində yaşadığı binaya daxil olduqdan sonra qətlə yetirilib.
Faktla bağlı cinayət işi açılıb.
Qatilin görüntülərini təqdim edirik: