Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Xaçmaz rayonu, Sərkərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 m2 olan talvarın yanar konstruksiyaları, altına yığılmış 1700 ədəd taxta tara və talvara bitişik ümumi sahəsi 12 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Taraların qalan hissəsi və ərazidəki alma ağacları yanğından mühafizə olunub.
Yanğın saat 23:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.