8 May 2017 14:08
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının komandanı Qulamhüseyn Qeybpərvər jurnalistlərə açıqlamasında prezident Həsən Ruhaninin bir neçə gün əvvəl keçirilən debatda dolayısıyla SEPAH-ı tənqid etməsinə reaksiya verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, “Bəsic” komandanı İran prezidentinin adını çəkməsə də, onu prezidentliyə namizədlər arasında keçirilmiş ikinci debatda ölkədə istehsal edilən raketlər üzərində İsrailə qarşı şüarlar yazılmasını üstörtülü şəkildə tənqid etməsinə cavab verib: “Raketlərimiz üzərində “İsrailə ölüm” şüarı yazılması məgər pis işdir? Ümumiyyətlə, İsrailin məhv edilmədi bizim və İran İslam Respublikasının əsas arzu və məqsədlərindən biri sayılır”.

Qeyd edək ki, mayın 5-də İran Dövlət Televiziyasından canlı yayımlanan prezidentliyə namizədlər arasında keçirilən ikinci debatda, İran prezidenti Həsən Ruhani öz çıxışında SEPAH-ın adını çəkmədən bu qurumun hökumətin Qərblə əldə etdiyi nüvə sazişini sual atında qoymaq üçün atdığı addımlardan gileylənib. Ruhani üstüörtülü şəkildə deyib ki, SEPAH-ın daxilindəki bəzi qüvvələr onun gizli və yeraltı silah-sursat anbarlarının şəkillərini çəkir, raketlərin üzərində ivrit dilində şüarlar yazır, bununla Qərbi qıcıqlandırmağa və əldə edilən nüvə sazişinə zərbə vurmağa çalışırlar.

Samir


Müəllif:

Oxşar xəbərlər