Ermənistan KİV xəbər verir ki, erməni hərbçilərin olduğu "Villis" markalı avtomobil su anbarına düşüb.
Qəza nəticəsində sürücü ilə yanaşı, iki erməni əsgər suda boğulub.
Cəsədlərdən ikisi saat 20:00 radələrində sudan çıxarılsa da, bir erməni əsgərin cəsədi hələ də axtarılır.
Ölən 3 erməni əsgərin şəxsiyyəti müəyyən edilib.
Onlar Ruben Barseqyan (1998), Rafael Bişaryan (1997) və Ruben Mnaçakanyandır (1998).