17 May 2017 19:41
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusunda vəzifədə olduğu dövrdə mühüm məlumatları Vikiliksə sızdırdığına görə 35 il həbs cəzası alan Çelsia Manninq həbsdən azad edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Çelsia Manninq həbsxanada əməliyyat etdirərək, cinsini dəyişib.

Amerika ordusunun zabiti olan Manninqin 2010-cu ildə məxfi informasiyaları Vikiliksə sızdırması ABŞ tarixinə ən böyük məxfi informasiyaların sızması hadisəsi olaraq düşüb.

Manninq buna görə 2013-cü ildə 35 il cəzaya məhkum olunmuşdu.

Həbs edilməzdən öncə adı Bradley olan hərbçi cinsiyyətini dəyişdikdən sonra Çelsia Manninq adını götürüb. Onu xüsusi xidmət orqanları Kanzasda həbs etmişdi. Həbsdə olduğu müddətdə iki dəfə intihara cəhd edən hərbçinin cəzasının müddəti sabiq prezident Obama tərəfindən azaldılıb.

Qeyd edək ki, Barak Obama prezident olduğu müddətdə 209 adamın cəzasını azaldıb, 64 məhkumu isə bağışlayıb.

Xatırladaq ki, Manninq Vikiliksə 700 mindən çox məxfi xəbər ötürüb. Bu gizli sənədlərin içərisində Amerika helikopterlərinin irqalı vətəndaşları öldürdüyünə dair görüntülər də olub.

Cavad


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər