26 May 2017 01:39
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda turizm agentliklərindən birindən oğurluq olub. Şirkətin ofisinə güya turlarla maraqlanmaq üçün girən şəxs orda işləyən qızın başını qatıb, onun əlbir olduğu digər şəxs isə otaqlardan birindən kompüteri oğurlayaraq aradan çıxıb.

Teleqraf.com "Xəzər xəbər"ə istinadən xəbər verir ki, hadisə günorta paytaxtın Nərimanov rayonu Fətəli Xan Xoyski prospektində metrosnun Gənclik stansiyasının yaxınlığında yerləşən turizm şirkətinin ofisində baş verib. Zərərçəkmişlər hadisədən təxminən 2-3 saat sonra xəbər tutublar.

Aynur Kərimlinin sözlərinə görə, onlara təxminən min manata yaxın ziyan dəyib. Ancaq əsas olan yenə kompyuter yox, yaddaşındakı məlumat və proqramlardır.

Hadisə ilə bağlı 16-cı polis bölməsinə məlumat verilib. Hadisə yerinə gələn polis təhlükəsizlik kameralarına düşən görüntülər əsasında həmin şəxslərin axtarışlarına başlayıblar. Faktla bağlı isə cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər