12 İyul 2017 10:50
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Metronun “Nərimanov” stansiaysında qatarın qapılarının açılmamasına səbəb texniki nasazlıq deyil.

Bu sözləri Teleqraf.coma acıqlamasında Bakı Metropoliteni QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə “Həzi Aslanov” stansiyasından “İçərişəhər” istiqamətinə hərəkət edən qatar “Nərimanov” stansiyasında müəyyən olunmuş yerdə dayanmayıb: “Buna görə də qatarın ilk vaqonunun iki qapısı tunelə daxil olub. Həmin vəziyyətlərdə isə maşinistlərə qəti təlimat var ki, qatarın qapıları açılmasın. Bu səbəbdən də qatar sərnişinləri düşürmədən “Gənclik” staniyasına gedib və sərnişinlər yalnız bu stansiyada qatarı tərk ediblər”.

Nəsimi Paşayev əlavə edib ki, qatarın hansı səbəbdən müəyyən olunmuş yerdə saxlamaması isə araşdırılır.

Qeyd edə ki, səhər saat 08:45 radələrində metronun “Nərimanov” stansiyasına daxil olan qatar iki dəqiqədən çox platformada qalmasına baxmayaraq, qapılar açılmayıb. Bütün vaqonların sərnişinlə dolu olduğu qatar “Gənclik” stansiyasına yol alıb və sərnişinlər orada qatardan eniblər.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər