Teleqraf.com-un məlumatına görə, sənətkar müalicə üçün Türkiyəyə üz tutub. O, iki həftədən çoxdur ki, xəstəxanaların birində ayağında yaranan problemə görə müalicə alır.
Xalq artistinin yaxınları xəbəri təsdiqləyərək bildirib:
"Yalçın müəllimin müalicə üçün Türkiyəyə getməsi xəbəri doğrudur. Lakin ətraflı məlumatı özü Bakıya qayıdandan sonra verəcək”.
Xatırladaq ki, Yalçın Rzazadə 2017-ci ilin əvvəlində telekanalların birində pilləkənlərdən yıxılıb. Sənətkarın ayağı ciddi zədə aldığından bir neçə ay gipsdə qalsa da, problem tam aradan qalxmayıb. Ayağı sınandan sonra dizinə su yığılıb. Uzun müddət Bakıda müalicə alsa da, ağrılar onu rahat buraxmayıb.