Teleqraf.com xəbər verir ki, kamikadzenin özünü partlatması nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.
Qadın paltarlı kamikadze Qarabağ icra nümayəndəliyi qarşısında xidmətdə olan hərbi avtomobilə yaxınlaşıb və bombanı işə salıb.
Ölənlərdən birinin NATO əsgəri, 3-nün isə mülki şəxs olduğu deyilir. Bundan əlavə, 5 hərbçi və 1 tərcüməçinin də yaralandığı qeyd edilib.