Suriyada İŞİD silahlıları iki rus hərbçisini öldürüb.
Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə nazirliyi faktı təsdiqləyib.
Məlumata əsasən, İŞİD silahlıları Deyr-ez-Zor əyalətində Rusiyaya məxsus hərbi karvanı atəşə tutub və nəticədə iki rus əsgəri aldığı güllə yarasından ölüblər.