5 Noyabr 2017 22:53
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkəyədə arvadını döyən kişi onları aralamaq istəyən atasını öldürüb.

Teleqraf.com xəbər verir ki, Əskişəhər şəhərində yaşayan Əmrah Özçelik onunla boşanmaq istəyən üç aylıq arvadı Meryem Özçeliki döyərkən araya atası Fəxri girib.

Ata əlindəki əsa ilə gəlinini qorumaq istəyib. Gözü qızmış oğul atasını bıçaqlayıb, bibisini isə yumruq zərbəsilə vurub. Hər iki yaralı xəstəxanaya çatdırılsa da, Fəxri Özçelikin həyatını xilas etmək mümkün olmayıb.

Əmrah Özçelik həbs edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər