Türkiyə polisi Ankarada anti-terror əməliyyatı həyata keçirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ankara Baş Prokurorluğu məlumat yayıb.
Əməliyyat zamanı 60 nəfər saxlanılıb. Onlardan 16-sı Türkiyə Jandarma Baş İdarəsinin zabitidir. Qalan 44 nəfər isə müəllimdir.
Saxlanılanlara qarşı Fətullahçı və PYD terror təşkilatlarına üzv olma maddəsi ilə cinayət işi başlanıb.