11:07
Dekabrın 26-dan 27-nə keçən gecə yerli vaxtla 00:54-də Tehranda və Kərəcdə zəlzələ baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, maqnitudası 4,2 bal olan zəlzələnin episentri Tehranın Əlbürz əyalətinin sərhədinə yaxın Melard bölgəsində, yerin 12 km dərinliyində yerləşib.
Yayılan ilkin məlumatlara görə, zəlzələ nəticəsində Melard şəhərində ən azı dörd nəfər, Kərəcdə isə 46 nəfər bədən xəsarəti alıb.
Zəlzələ həmçinin, Şəhriyar, İslamşəhr və Robat Kərim şəhərlərində də hiss olunub.
***
Gecə saatlarında baş verən zəlzələ nəticəsində yaralıların sayı 76-ya çatıb.
Bununla bağlı Tehran Səhiyyə İdarəsi məlumat yayıb. Yaralılardan 1-i xəstəxanaya aparılarkən vəfat edib. Hazırda 22 nəfərin xəstəxanada müalicəsi davam edir.