Bu gün səhər saatlarında Yunanıstanın paytaxtı Afinada güclü zəlzələ baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki bununla bağlı Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Zəlzələ Rixter şkalası üzrə 4,9 bal olub. Yeraltı təkanların episentri Afinadan 81 km uzaqda, 10 km dərinlikdə yerləşib.
Zəlzələdən sonra şəhər əhalisi təşviş içində küçələrə axışıb.
Dağıntı və tələfat qeydə alınmayıb.